"Elmə Əsaslanan Tənzimləmə Daha Çox Yetkin Siqaret Çəkənin Daha Yaxşı Seçim Etməsinə Kömək Edə Bilər"
"Elmə Əsaslanan Tənzimləmə Daha Çox Yetkin Siqaret Çəkənin Daha Yaxşı Seçim Etməsinə Kömək Edə Bilər"
BAKU.WS-ə müsahibəsində Philip Morris International şirkətinin Cənubi Asiya, Hind-Çin, MDB, Yaxın Şərq və Afrika regionu üzrə Elmi fəaliyyət üzrə Baş Direktoru Tomoko İidanın BAKU WS-ə müsahibəsini təqdim edirik:
Sual: Son on illikdə elm tütün zərərinin azaldılması ilə bağlı anlayışımızı necə dəyişib?
Cavab: Bu, çox yaxşı sualdır. Cavab verməzdən əvvəl onu demək istəyirəm ki, mən sizin ölkənizə vurğunam. İyun ayında Bakıda oldum və Azərbaycanın həqiqətən gözəl ölkə olduğunu gördüm. Azərbaycan Yaponiyada getdikcə daha çox məşhurlaşır. Bilirsiniz, biz sizin ölkənizdə ən popular teleseriallardan birini çəkmişik. Ona görə də növbəti aylarda Azərbaycana daha çox yapon turistin gələcəyini gözləyin.
Sualınıza gəldikdə isə, mən son on ildə Yaponiyada baş verən dəyişikliklərin şahidi olmuşam. Bir qədər əvvəl təqdim etdiyim məlumatlarda da qeyd etdiyim kimi, on il əvvəl Yaponiyanın yetkin əhalisinin təxminən 20%-i siqaret çəkirdi. Bu gün isə həmin göstərici demək olar ki, yarıya enib. Baş verən isə odur ki, tütünü yandırmaq əvəzinə qızdıran və nəticədə daha az miqdarda zərərli kimyəvi maddə ifraz edən innovativ məhsullar ortaya çıxdı və siqaret çəkən şəxslər tədricən bu məhsullara keçid etdi.
İsveç nümunəsindən əldə etdiyimiz təcrübəyə əsasən deyə bilərik ki, Yaponiya bu istiqamətdə irəliləməyə davam edərsə, qarşıdakı 30-40 il ərzində ağciyər xərçəngi və siqaretlə əlaqəli bir çox digər xəstəliklərin azalmasının şahidi olacağıq. Buna görə də ilk növbədə yetkinlik yaşına çatmış siqaret çəkənlərin bu məlumatlardan xəbərdar olması vacibdir.
Sual: Tüstüsüz və digər tütün məhsulları kateqoriyalarından danışarkən, tənzimləmə niyə bu qədər vacibdir?
Cavab: Tənzimləmə son dərəcə vacibdir. "Mən bu məhsulu tanımıram, ona görə də icazə verməyəcəyəm" demək asandır. Lakin bu yanaşma həqiqətən insanlar üçün ən doğru seçimdirmi? İctimai sağlamlıq baxımından daha yaxşı seçimdirmi? Bəlkə də, yox. Məhz buna görə də elmi sübutlara əsasıanan tənzimləmənin aparılası çox vacibdir.
Məsələn, Yaponiyada elmi sübutlar əsasında məhsullar arasındakı fərqlərə əsasən fərqli vergi yanaşmaları tətbiq olunur. Həmçinin, yanğın təhlükəsizliyi ilə bağlı da fərqli tənzimləmələr tətbiq olunur. Elə məkanlar var ki, orada siqaret çəkmək qadağandır, lakin qızdırılan tütün məhsullarından istifadəyə icazə verilir. Eyni yanaşma qapalı və açıq məkanlarda istifadə qaydalarına da şamil olunur. Bəzi yerlərdə siqaret istifadəsi qadağan edilsə də, qızdırılan tütün məhsullarına icazə verilir. Bu da həmin məhsulların fərqli risk profilinə əsaslanır.
Buna görə hökumətlərin tənzimləmə qərarlarını elmi sübutlar əsasında qəbul etməsi və siqaretlə daha az zərərli alternativlər arasında mövcud elmi fərqləri nəzərə alaraq diferensial yanaşma tətbiq etməsi vacibdir.
Oxşar xəbərlər
Silk Way West Airlines CargoAi vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir
Silk Way West Airlines CargoAi ilə tərəfdaşlıq çərçivəsində rəqəmsal bronlaşdırma imkanlarını genişləndirərək 30 000-dən artıq ekspeditora ABŞ, Avropa və Asiyan...