Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu
Azərbaycanda uzun illər əvvəl törədilmiş xüsusilə ağır cinayətləri sifariş verməkdə təqsirləndirilən, 1 saylı Taxıl Məhsulları Kombinatının keçmiş direktoru, "Dəyirman Vahid" kimi tanınan iş adamı Vahid Həşimov və onun sürücüsü olmuş Qulu Muxtarovun barələrində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Həşimov 19 il, Qulu Muxtarov isə 9 il 8 ay azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, Vahid Həşimovun adı hüquq-mühafizə orqanlarının birgə keçirdiyi uğurlu əməliyyat nəticəsində 1998-ci və 2001-ci illərdə törədilmiş bir neçə ağır cinayətin sifarişçisi kimi keçir. İstintaq materiallarına görə, Vahid Həşimov pul müqabilində öz sürücü-mühafizəçisi Qulu Muxtarova keçmiş şəriki Qərib İbadovun və Ramiz Nadirovun öldürülməsini sifariş edib. Bu planın icrası isə killer Dadaş Hüseynova tapşırılıb. 1998-ci ildə Qərib İbadov ağız nahiyəsindən güllələnsə də, sağ qalıb. Lakin Ramiz Nadirov həmin ilin iyununda odlu silahla qətlə yetirilib. Sifarişli qətllərin icraçısı olan killer Dadaş Hüseynov sonradan əlavə pul tələb edərək Vahid Həşimovu hədələdiyi üçün, 2001-ci ildə boğularaq öldürülüb və meyiti Bakı-Qazax yolunun kənarına atılıb.
Vahid Həşimovun uzun illər keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, sonradan isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun himayəsində olduğu bildirilir. Məlumata görə, o, həmin cinayətlərdə istintaqdan yayına bilib.
Oxşar xəbərlər
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. BAKU.WS "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə n...