ABŞ-də 90 ildən sonra ilk dəfə açıq edam keçirilə bilər
ABŞ-nin müdafiə naziri Pit Heqset 2009-cu ildə Fort-Hud hərbi bazasında 13 nəfəri öldürən Nidal Malik Həsənin güllələnərək edamının ictimaiyyət tərəfindən izlənilməsinə icazə veriləcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Heqset bu barədə Real America's Voice telekanalına müsahibəsində danışıb. O bildirib ki, insanlar bu cür əməllərin ciddi nəticələri olduğunu anlamalıdırlar.
Nazir edamın necə izləniləcəyi barədə ətraflı məlumat verməyib. Prosesin internetdə, televiziyada yayımlanacağı, yoxsa yalnız müəyyən şəxslərin iştirakı ilə keçiriləcəyi hələ məlum deyil.
ABŞ mediasının məlumatına görə, ölkədə sonuncu açıq edam 1936-cı ildə Kentukki ştatında həyata keçirilib. Reyni Beteya adlı şəxs asılaraq edam olunub.
Amerika ordusunda güllələnərək həyata keçirilən son edam isə 1945-ci ildə baş verib. İkinci Dünya müharibəsi zamanı fərarilikdə təqsirli bilinən Eddi Slovik Fransada güllələnib.
Pentaqon oktyabrın 5-də ABŞ Prezidenti Donald Trampın Nidal Malik Həsənin güllələnərək edam edilməsini təsdiqlədiyini açıqlayıb. Edamın dekabrın 3-də həyata keçirilməsi gözlənilir.
Qeyd edək ki, Nidal Malik Həsən 2009-cu ilin noyabrında Texas ştatındakı Fort-Hud hərbi bazasında silahlı hücum törədib. Hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Hərbi məhkəmə onu ölüm cəzasına məhkum edib.
Oxşar xəbərlər
İranla əlaqəli şəxslər süni intellekt vasitəsilə ABŞ mediasında saxta xəbərlər yayımlayıblar
OpenAI şirkəti İranla əlaqəli şəxslərin süni intellektdən və saxta jurnalist kimliklərindən istifadə edərək ABŞ-nin İrana qarşı müharibəsini tənqid edən məqaləl...