Ağ Ev Microsoft və daha 7 şirkətin xarici işçi müraciətlərini dayandırdı

Ağ Ev Microsoft və daha 7 şirkətin xarici işçi müraciətlərini dayandırdı
Dünya 8

ABŞ administrasiyası Microsoft və daha yeddi texnologiya şirkətinin xarici işçilərə daimi yaşayış hüququ verilməsi ilə bağlı müraciətlərinin icrasını dayandırıb.

BAKU.WS xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens şirkətləri H-1B viza proqramından sui-istifadə etməkdə və amerikalı işçiləri əcnəbilərlə əvəzləməkdə ittiham edib.

Məhdudiyyət Microsoft-la yanaşı, Adobe, Cognizant, Infosys, Tata, Wipro, HCL və Capgemini şirkətlərinə də şamil olunur. ABŞ Əmək Nazirliyi bu şirkətlərin daimi əmək sertifikatlaşdırılması (PERM) üzrə yeni və baxılmaqda olan müraciətlərinin emal edilməyəcəyini açıqlayıb.

Microsoft ittihamları rədd edib. Şirkət bildirib ki, ötən maliyyə ilində təqdim edilən H-1B viza müraciətlərinin 80 faizi yeni işçilərlə deyil, artıq şirkətdə çalışan əməkdaşlarla bağlı olub. Həmçinin xarici mütəxəssislərə amerikalı həmkarları ilə eyni səviyyədə maaş ödənildiyi vurğulanıb.

H-1B proqramı ABŞ şirkətlərinə yüksək ixtisaslı xarici mütəxəssisləri işə götürməyə imkan verir. PERM prosesi isə xarici işçilərin ABŞ-də daimi yaşayış hüququ əldə etməsi üçün əsas mərhələlərdən biridir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər