Eks-nazir Namiq Abbasov insult keçirdi
14
sen
2018
16:23
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun səhhətində ciddi problem yaranıb.BAKU.WSxəbər verir ki, sabiq nazirin yaxınlarının modern.az-a verdiyi məlumata görə, o, insult keçirib.“Bir neçə ay olar ki, Namiq Abbasovun səhhətində müəyyən problemlər yaranmışdı. Sonradan insult keçirdiyi bəlli oldu. Bir müddət həkim ciddi nəzarəti altında qaldı, amma hazırda səhhəti normaldır”,-sabiq nazirin yaxınları bildiriblər.Qeyd edək ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.BAKU.WS
Oxşar xəbərlər
Zeynəb Xanlarovanın oğlu: Komitə ləğv ediləndən bu günə kimi işsizəm
Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın oğlu Ramin Babayev işsizdir.BAKU.WSxəbər verir ki, Ramin Babayev modern.az-a açıqlamasında öz işlərind...