Heydər Əliyevin toxunulmazlıq verdiyi generalın maşınını, 10-AA-102 cərimə meydançasına saldı (VİDEO)

Heydər Əliyevin toxunulmazlıq verdiyi generalın maşınını, 10-AA-102 cərimə meydançasına saldı (VİDEO)
Video
Hadisə 36378

 

Azərbaycanın keçmiş xarici işlər naziri, Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, general Tofiq Zülfüqarovun avtomobili cərimə meydançasına aparılıb.

BAKU.WS-in məlumatına görə, bu barədə sabiq XİN rəhbəri, fövqəladə və səlahiyyətli səfir bu barədə özü məlumat verib. T.Zülfüqarov bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin hansısa generalına məxsus 10-AA-102 nömrəli avtomobilə yol vermədiyini əsas gətirərək onun avtomobili DYP əməkdaşları tərəfindən saxlanılıb. 

İçərisində ailəsi olan səfirə qaydaları pozduğunu bildiriblər və avtomobili cərimə meydançasına aparılıb. 

Qeyd edək ki, Zülfüqarov Tofiq Nadir oğlu Azərbaycanın keçmiş xarici işlər naziri (05.03.1998 – 26.10.1999), Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri (2005-2015) vəzifələrində çalışıb.  Nazirlikdə şöbə müdiri, idarə rəisi, nazir müavini və 1998-ci ilin martından 1999-cu ilin oktyabrına qədər Xarici İşlər naziri işləmişdir. Fövqəladə və səlahiyyətli səfir ranqı verilib. Xarici İşlər Nazirliyində işlədiyi dövrdə əsasən Qarabağ probleminin həlli ilə məşğul olub.

Tofiq Zülfüqarov 2005-ci ildən Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. Rus, ərəb və ingilis dillərini bilir.

Nazim Babayev

BAKU.WS

Son xəbərlər