Prezident xanımı rüşvət təklifində ittiham olunan səfiri işdən çıxardı

Prezident xanımı rüşvət təklifində ittiham olunan səfiri işdən çıxardı
Siyasət 1807

 

İlham Əliyev Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam verib.

BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: "Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".

Xatırladaq ki, Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun xanımı Nəzirə Zeynalovaya qarşı bu ölkədə cinayət işi qaldırılmışdı. Diplomatın xanımına qarşı cinayət işinin qaldırılmasına səbəb onun Latviyada sürücülük vəsiqəsini "azərbaycansayağı almaq” cəhdi olub. Belə ki, xanım Zeynalova xüsusi kurs keçmədən və digər formal prosedurlara əməl etmədən sürücülük vəsiqəsini pulla almağa cəhd göstərib. Bu məqsədlə o, Yol Hərəkətinin Təhlükəsizliyi Direksiyasının (CSDD) müfəttişlərinə müraciət edərək sürücülük vəsiqəsini almaq üçün onlara 500 avro təklif edib. Səfirin xanımının adı Nəzirə Zeynalovadır.

Elman Zeynalov 1993-cü ildən diplomatik xidmətdədir. Ukraynadakı səfirlikdə və XİN-in mərkəzi aparatında işləyib. 2005-ci ildə Bolqarıstanda səfir olub, daha sonra Latviyaya təyin edilib. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər