Keçmiş MTN naziri: "Vəzifədən getməyimə baxmayaraq..."

Keçmiş MTN naziri: Vəzifədən getməyimə baxmayaraq...
Şou-biznes 1893

 

"Bu gün 76 yaşım tamam olur. Çoxları sual verirlər ki, "özünüzü necə hiss edirsiniz?". Qısaca cavabım belədir: özümü 76 yaşındakı kimi  hiss edirəm".  

BAKU.WS bildirir ki, bu sözləri modern.az-a açıqlamasında 1995-2004-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov deyib.

Qeyd edək ki, 22 fevral tarixi eks-nazirin doğum günüdür.

Namiq Abbasov 76 yaşının tamam olması münasibətilə ilk təbrik edənlərdən də söz açıb.

"İnsanın özəl günlərindən biri də yaşının üstünə yaş gəlməsidir. Təbii ki, doğum günündə  ilk ürək sözlərini, xoş arzularını ailə üzvləri dilə gətirir".

Sabiq nazir əslində doğum günü keçirtməyi sevmədiyini deyib.

"Doğum günü keçirtməyi sevmirəm. Demək olar ki, əvvəllər də, nazir işləyəndə də buna meylli deyildim. Bunun da səbəbi var. Hədiyyə qəbul etməyi sevmirəm. Doğum gününə gələn insanlar da hədiyyəsiz gəlmirlər. Ona görə də ən yaxşısı bu günü keçirməməkdir".

"Keçmiş dostlarınız sizi təbrik ediblərmi?" sualına sabiq nazirin cavabı belə oldu:

"Salam verdiyim insanların çoxu doğum günümdə məni unutmur. Vəzifədən getməyimə baxmayaraq, dostlarla salamım qalır. Ona görə də keçmiş dostlar  arasından da təbrik edənlər var".

N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra o, 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında  fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

BAKU.WS

Oxşar xəbərlər

Sibel Can yaşının kiçildilməsi üçün məhkəməyə müraciət etdi

Sibel Can yaşının kiçildilməsi üçün məhkəməyə müraciət etdi

Türkiyənin tanınmış müğənnisi Sibel Can atasının 31 il əvvəl məhkəmə qərarı ilə yaşını 6 yaş böyük yazdırdığını iddia edib. BAKU.WS Türkiyə mətbuatına istinad...

2660 Şou-biznes 11:24 19 fevral 2016

Son xəbərlər