Əfqanıstandan Özbəkistana 5 raket atıldı

Əfqanıstandan Özbəkistana 5 raket atıldı
Siyasət 245

Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən beş raket atılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik tələfat, xəsarət alan və dağıntıların olmadığını bildirib.

"Termizin Majnuntol məhəlləsində 4 fərdi yaşayış evinə cüzi ziyan dəyib, beşinci mərmi futbol meydançasında tapılıb. Aşkar edilmiş mərmilər istehkamçılar tərəfindən zərərsizləşdirilib", - məlumatda deyilir.

Hazırda Özbəkistanın səlahiyyətli orqanları Əfqanıstan tərəfi ilə birlikdə insidentin səbəblərini müəyyən etmək üçün lazımi tədbirləri həyata keçirir.

Oxşar xəbərlər

Özbəkistan polisi aksiyanın qarşısını aldı - YENİLƏNİB

Özbəkistan polisi aksiyanın qarşısını aldı - YENİLƏNİB

Özbəkistanın şimal-qərbindəki Qaraqalpaqıstanda qanunsuz keçirilən aksiyanın qarşısı alınıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Da...

215 Siyasət 23:59 01 iyul 2022

Son xəbərlər