Türkiyə Əfqanıstandan 1400-dən çox şəxsi təxliyə etdi

Türkiyə Əfqanıstandan 1400-dən çox şəxsi təxliyə etdi
Siyasət 98

Türkiyə bu günə qədər Əfqanıstandan təxliyə etdiyi vətəndaşlarının sayını açıqlayıb.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında çıxışı zamanı bildirib.

"Bu günə qədər Əfqanıstandan 1404 nəfəri təxliyə etmişik. Bunlardan 1061-i bizim vətəndaşımız, digərlər isə fərqli ölkələrin vətəndaşlarıdır. Hazırda 200-dək geri dönmək istəyən vətəndaşımız var", - deyə Çavuşoğlu vurğulayıb.

Son xəbərlər