Çavuşoğlu: “Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olunmalıdır"

Çavuşoğlu: “Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olunmalıdır
Siyasət 110

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Azərbaycan sərhədlərinin təhlükəsizliyi üçün tədbirləri müzakirə etmək niyyətindədir.

BAKU.WS xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə açıqlamasında Mövlud Çavuşoğlu deyib.

"Görüşdə Azərbaycanla Ermənistan arasındakı problemi müzakirə edəcəyik. Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olunmalıdır", - deyə türkiyəli nazir vurğulayıb.

Türkiyənin Xarici İşlər naziri əlavə edib ki, Soçidə Lavrovla görüş zamanı Suriya və Liviyadakı vəziyyət də müzakirə olunacaq.

Son xəbərlər