Putin İstanbula gedib
07
yan
2020
22:33
Suriyada səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Dəməşqdən Türkiyənin İstanbul şəhərinə uçub.
BAKU.WS-in verdiyi xəbərə görə, Kremlin mətbuat xidmətinin məlumatında bildirilir ki, Rusiya dövlət başçısı yanvarın 8-də İstanbulda "Türk axını" qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar keçiriləcək.
Danışıqlarda iki ölkə arasında əməkdaşlığın inkişafının gələcəyi və Suriya və Liviyadakı vəziyyət daxil olmaqla beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunacaq.
Oxşar xəbərlər
Putin Türkiyəyə gedir
Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də Türkiyəyə səfər edəcək. BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama ve...