Əfqanıstandan 552 türk vətəndaşını təxliyə etdik - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstanda "Taliban"ın hakimiyyətə nəzarəti ərəfəsində bir sıra məsələlərə aydınlıq gətirib.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qardaş ölkə prezidenti Əfqanıstanda hakimiyyətdə kimin olmasından aslı olmayaraq bu ölkənin yanında olacaqlarını və bunun əhdə vəfa, qardaşlığın göstəricisi kimi qiymətləndirib.
""Taliban" hakimiyyətini qəbul edə biləcəyimizi daha öncə də açıqlamışdıq. Bu fikrin bir daha arxasındayıq. "Taliban" rəhbərliyinin verdiyi açıqlamaları biz də məmnuniyyətlə qarşılayırıq. Əfqan xalqının əmin-amanlığı, bu ölkədə yaşayan türk vətəndaşlarının təhlükəsizliyi və ölkəmizin mənafeyinin qorunması çərçivəsində bütün əməkdaşlıqlara hazırıq", - deyə Ərdoğan əlavə edib.
Türkiyə dövlət başçısı 552 ölkə vətəndaşının Əfqanıstandan təxliyə edildiyini də əlavə edib
Oxşar xəbərlər
Türkiyə 200 vətəndaşını Əfqanıstandan təxliyə etdi - FOTO
"Taliban"ın Kabilə nəzarəti ələ keçirdikdən sonra ölkəsinə qayıtmaq istəyən türk vətəndaşları Türkiyə Silahlı Qüvvələrinə aid "A400 M" təyyarəsi ilə təxliyə olu...