Əfqanıstan XİN Azərbaycana başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Əfqanıstanın Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.
"Report" Əfqanıstan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin XİN başçısının müavini Əlhac Şer Məhəmməd Stanekzai ilə görüşüb.
"İlham Məmmədov xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əlhac Şer Məhəmməd Abbas Stanekzai ilə görüşüb", - Əfqanıstan XİN-in məlumatında qeyd olunub.
Bildirilib ki, görüşdə Stanekzai "Azərbaycan Hava Yolları"na məxsus mülki təyyarənin qəzaya uğraması bağlı başsağlığı verib və Əfqanıstanın siyasi, iqtisadi və sosial sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsinə sadiq qaldığını bildirib. "Əfqanıstan hökumətinin başsağlığına görə təşəkkürünü bildirən cənab Məmmədov bunu iki ölkə arasında həmrəylik və qardaşlıq ruhunun böyük təzahürü kimi qiymətləndirib və əlavə edib ki, Azərbaycan Əfqanıstanla siyasi əlaqələri genişləndirməkdə maraqlıdır və ölkəsinin Əfqanıstanla iqtisadi əməkdaşlığa hazır olduğunu açıqlayıb", - mətbuat xidməti diqqətə çatdırıb.
Səfir həmçinin ikitərəfli münasibətlərin gücləndirilməsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin...