Ebru Gündeş Rza Zərraba görə iki mahnısını oxumayacaq - SƏBƏB...
Müğənni Ebru Gündeşlə keçmiş əri Rza Zərrab arasındakı gərginlik bitmək bilmir.
BAKU.WS xəbər verir ki, bu dəfə Ebru Rzanın ona yazdığı mahnıları “qara siyahı”ya atıb.
O, “Sadəcə sevdim” və “Ölümsüz aşklar” adlı mahnıları repertuarından birdəfəlik çıxarıb. Sözügedən mahnıların söz və musiqisi iş adamı Rza Zərraba aiddir.
Ebrunun belə bir addım atmasına səbəb Zərrabın onun mahnılarının ifasına qadağa qoyacağını əvvəldən öyrənməsi olub.
Xatırladaq ki, qalmaqallı cütlük bir müddət əvvəl də qızları Alaraya görə məhkəməlik olub.
Məlumat üçün bildirək ki, Rza Zərrabın digər mahnıları Türkiyənin məşhur müğənniləri İbrahim Tatlıses və Sibel Can tərəfindən də ifa edilib.
Oxşar xəbərlər
Ebru Gündeş Azərbaycan əsilli milyonçunu məhkəməyə verdi - FOTO
Türkiyədə “Halkbank” məhkəmə işindən sonra ABŞ-yə qaçan Azərbaycan əsilli iş adamı Rza Zərrab yenidən məhkəməyə verilib. BAKU.WS "Cumhuriyet"ə istinadən xəbər v...