İbrahim Tatlıses oxumağa başlayacaq: “Meymunun gözləri açıldı” - VİDEO
2011-ci ildə silahlı hücuma məruz qalaraq, başından güllələnən Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses yenidən efirə qayıdacaq.
BAKU.WS xəbər verir ki, bu barədə sənətkar özü ad günü şərəfinə təşkil edilən şənlikdə bildirib.
68 yaşını qeyd edən “İmperator”, yenidən “İbo Show” verilişi üçün çəkilişlərə başlayacağını qeyd edib.
Ad gününü böyük ziyafətlə qeyd edən İbo, onu sevənləri sevindirəcəyini xüsusi vurğulayıb:
“Artıq meymunun gözləri açıldı. Yaxın günlərdə “İbo Show” verilişi üçün çəkilişlərə başlayacağıq. Mahnı da oxuyacağam!”, - deyə İbrahim Tatlıses bildirib.
Qeyd edək ki, 2011-ci ildə silahlı hücuma məruz qalan Tatlıses uzun illərdir müğənnilik fəaliyyətini dayandırıb.
Oxşar xəbərlər
İbrahim Tatlısesə ağır itki – VİDEO
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesə ağır itki üz verib.BAKU.WS xəbər verir ki, İbonun anası Leyla Tatlı dünyasını dəyişib. O, bu gün səhər saatlarınd...