Ebola virusunu aşkar edən professordan şok açıqlama: Koronadan daha ölümcül virus gəlir
1976-cı ildə Ebola virusunu aşkar edən professor Cean-Cackues Muyemb Tamfum bildirib ki, insanlar koronavirusdan daha ölümcül viruslara hazır olmalıdırlar.
BAKU.WS-in xarici mətbuata istinadən məlumatına görə, professor qeyd edib ki, insanlar Afrikanın tropik yağış meşələrindən qaynaqlanan, bilinməyən bir sıra yeni və potensial ölümcül viruslarla qarşı-qarşıyadır. Ebola virusunu kəşf etməyə kömək edən professor Muyemb Tamfum qorxunc açıqlama verib. O, insanların qarşıdakı ölümcül virusların yayılmasına hazırlıqlı olmalarını məsləhət görüb. Virusların yayılma mənşəyi isə Afrikada ortaya çıxan yeni patogenlərin olacağını iddia edib.
Qeyd edək ki, Çinin Uhan şəhərində ilk dəfə 2019-cu ilin dekabrında ortaya çıxan və bütün dünyanı qısa müddətdə təsir altına alan koronavirus pandemiyası səbəbindən dünya miqyasında 1 milyon 715 mindən çox insan ölüb. Hələ Covid-19 öz təsirini itirməmiş virusun mutasiyaya uğramış yeni növü də İngiltərədə tapılıb.
Oxşar xəbərlər
ÜST-dən xəbərdarlıq: Ebola virusu yenidən yayılmağa başladı
Konqo Demokratik Cümhuriyyətində ebola virusu səbəbindən 4 nəfər vəfat edib. BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (Ü...