Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR
Vətən müharibəsində düşmən hücumu Ağdamdan gözləyirdi, bunun üçün də əsas qüvvəsini və şəxsi heyətini, artilleriya qurğularını məhz bu şəhərdə yerləşdirib, burada çoxlu müdafiə xətləri qurmuşdu.
Bu müdafiə xətlərində minalar, istehkam qurğuları yer alırdı.
Vətən Müharibəsi başlayanda əks-həmlə hücumu zamanı Ağdam ciddi müdafiədə idi. Belə olduğu halda əsas məsuliyyət artilleriya və topçularımızın üzərinə düşürdü.
Məqsəd düşmənin Ağdamda dislokasiya olmuş hərbi hissələri, artilleriya və canlı qüvvələrini sıradan çıxarmaq və mümkün əks-hücumun qarşısını almaq idi.
Elə belə də oldu, səhər saatlarında hücumla düşmənin qüvvəsinin əsas hissəsi sıradan çıxarıldı.
Hətta 3-4 saat ərzində düşmən cavab atəşi açmaqda belə çətinlik çəkdi.
Həmin hadisələrin baş verdiyi postdan görüntüləri Azərbaycan Televiziyasına (AzTV) istinadən təqdim edirik:
Oxşar xəbərlər
Həbs edilən icra başçısını kim əvəz edir?
Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin yerinə müvəqqəti təyinat olub....