Düşmənə qan udduran şəhid - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri də şəhid Eltun Əliyevdir.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 19 yaşlı manqa komandiri əsgərlərini qoruyaraq canını vətən uğrunda sipər edib.
Sentyabrın 27-də başlanan Vətən müharibəsində yaşı az olmasına baxmayaraq düşmənin kabusuna çevrilən igid Eltun Əliyev Suqovuşanın alınmasında fəal iştirak edib. Cəsurluğu ilə seçilib. O, əsgərləri ilə birgə gözünü qırpmadan düşmən üzərinə gedib. Axırıncı döyüşü Ağdərə istiqamətində oktyabrın 16-da olub.
Eltun Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalı ilə təltif olunub.
19 yaşlı İgidimiz Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Oxşar xəbərlər
XTQ-nin Vətən Müharibəsi Qəhrəmanları - FOTO
Məlum olduğu kimi, dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəman...