Dünyanın ən yaşlı sakini 117 yaşında öldü
2022-ci ildə planetin ən yaşlı insanı olan Maria Branyas Morera 117 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə mərhumun yaxınları X sosial şəbəkəsində məlumat veriblər.
“Maria Branyas bizi tərk etdi. O, istədiyi kimi öldü: yuxuda, ağrısız”, deyə sosial şəbəkədə qeyd olunub.
Amerika Gerontoloji Tədqiqat Qrupu (GRG) və Longevi Quest tərəfindən yüzillik yaşı olduğu təsdiqlənən Maria Branas Morera 19 avqust 2022-ci ildə polşalı Tekla Juniewicz-in ölümündən sonra planetin ən yaşlı yaşayan insanı olmuşdu.
Qeyd edək ki, martın 4-də Maria Branas Morera 117 yaşını qeyd etdi. Qadın İspaniyanın Girona şəhərində qocalar evində yaşayırdı. İspan qadının üç övladı və 11 nəvəsi var.
Oxşar xəbərlər
Qocalar evində 5 nəfər güllələndi
Xorvatiyada qocalar evində 5 nəfər güllələnib. BAKU.WS xəbər verir ki, Daruvar şəhərində qocalar evinə edilən hücum nəticəsində azı 5 nəfər həlak olub. Bu barəd...