Dünyanın ən yaşlı sakini vəfat edib - FOTO

Dünyanın ən yaşlı sakini vəfat edib - FOTO
Foto
Siyasət 218

Dünyanın ən yaşlı adamı, fransız rahibə Lusil Randon 118 yaşında vəfat edib.

BAKU.WS "The Guardian"a istinadən xəbər verir ki, o, Toulon şəhərindəki qocalar evində dünyasını dəyişib.

Randon 11 fevral 1904-cü ildə Fransada anadan olub.

O, "Ginnesin Rekordlar Kitabı" tərəfindən dünyanın ən yaşlı qadını kimi tanınan yaponiyalı Kane Tanakanın ölümündən sonra (26 aprel 2022) planetin ən yaşlı sakini kimi tanınıb.

Lusil 117 yaşında koronavirusa yoluxsa da, sağalmışdı.

2020-ci ildə Randon Fransız radiosuna müsahibəsində bu qədər uzun müddət necə yaşadığını bilmədiyini söyləyib:

"Sirrin nə olduğunu bilmirəm. Bu suala ancaq Allah cavab verə bilər. Həyatda çox bədbəxtlik yaşadım və 1914-1918-ci illər müharibəsi zamanı uşaq olanda hamı kimi mən də əziyyət çəkdim", - deyə o bildirib.

Qeyd edək ki, Randon gəncliyində qubernator işləyib, daha sonra rahibə olub və 28 il Vişi xəstəxanasında çalışıb. Andre bacı adını alan rahibə burada yetimlərə və qocalara kömək edib. 1979-cu ildə Savoyda bir monastırda xidmət göstərib. 2009-cu ildən o, Toulon qocalar evində yaşayırdı.

Son xəbərlər