Dünyanın ən yaşlı qadınının 119 yaşı tamam olur
Yeniliklərdən dərhal xəbərdar olun
Ginnesin rekordlar kitabı tərəfindən dünyanın ən yaşlı qadını kimi tanınan yapon qadın Keyn Tanaka bu gün 119 yaşını qeyd edir.
BAKU.WS APA-ya istinadən bildirir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Tanaka Fukuokadakı qocalar evində yaşayır və bəzi məhdudiyyətlərinə görə qohumları ilə görüşmək imkanı çox azdır.
Yapon qadın 2 yanvar 1903-cü ildə anadan olub. Onun əri və böyük oğlu İkinci Dünya Müharibəsi zamanı həlak olub.
Tanaka bütün həyatı boyu müharibədən əvvəl açılmış şirniyyat mağazasında çalışıb. 1970-ci illərdə təqaüdə çıxandan sonra o, bir neçə dəfə ABŞ-a səfər edib. 2005-ci ildən Fukuokada qocalar evində yaşayır.
Oxşar xəbərlər
Pişik “Ginnesin rekordlar kitabı”na düşüb - FOTO
Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi “YouTube” kanalında ən çox baxılan ev heyvanı olaraq “Ginnesin rekordlar kitabı”na düşüb. BAKU.WS xəbər verir ki...