Dünyanın ən varlı cütlüyü açıqlandı

27
iyl
2019
18:00
“Forbes” jurnalı dünyanın ən varlı cütlüyünü açıqlayıb.BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, 5,9 milyard dollarlıq sərvətləri ilə Tom və Cudi Love cütlüyü siyahıda ilk sırada qərarlaşıb.Onlar ABŞ-ın 41 ştatındakı 470 yük maşını dayanacağı və satış mağazalarından ibarət “Love's Travel Stops & Country Stores” şirkətinin sahibidirlər.Siyahıda ikinci pillədə 5,6 milyard dollar sərvətləri ilə “Wonderful Co.” şirkətinin sahibi Linda və Stivart Resnik cütlüyü gəlir.3-cü yerin sahibi 4 milyard dollarla Diane von Furstenberq və Barri Diller sütlüyüdür. Onların “InterActiveCorp”, “Expedia Group”, “Fox Broadcasting Company” və “USA Broadcasting” adlı şirkətləri var.Sonrakı pillələrdə 3,4 milyard dollarla Peqi və Andre Çernq (“Panda Express” və “Panda Restaurant Group”un sahibləri), 3 milyard dollarla Jin Suk və Do Von Çanq (“Forever 21” mağazalar şəbəkəsinin sahibləri), 2,8 milyard dollarlıq sərvətləri ilə türkiyəli Eren və Fatih Özmen cütlüyü (“Sierra Nevada Corporation”ın sahibləri) qərarlaşıb.
Oxşar xəbərlər
“Facebook” 5 milyard dollar cərimə edildi, dəyəri 10 milyard dollar artdı
ABŞ Federal Ticarət Komissiyasının “Facebook”a verdiyi 5 milyard dollarlıq cəza şirkətin 10,4 milyard dollar dəyər qazanmasına səbəb olub.BAKU.WS “ensonhaber.co...
