“Facebook” 5 milyard dollar cərimə edildi, dəyəri 10 milyard dollar artdı
15
iyl
2019
12:52
ABŞ Federal Ticarət Komissiyasının “Facebook”a verdiyi 5 milyard dollarlıq cəza şirkətin 10,4 milyard dollar dəyər qazanmasına səbəb olub.BAKU.WS “ensonhaber.com”a istinadən xəbər verir ki, cəza açıqlandıqdan sonra birjalarda “Facebook” hissələrinin dəyəri 1,81 faiz yüksəlib.Xatırladaq ki, Komissiya “Facebook”u 2016-cı ildə 87 milyon istifadəçinin şəxsi məlumatlarını “Google Analytica” şirkətinə ötürdüyü üçün cərimələyib. Məlumata görə, “Google Analytica” həmin məlumatları ABŞ-da prezident seçkilərində istifadə edib.Qeyd edək ki, 5 milyard dollar bu vaxta qədər bir texnologiya şirkətinə verilən ən yüksək məbləğdə cəzadır.Onu da əlavə edək ki, ötən il 56 milyard dollar gəlir əldə “Facebook”un qazancının bu il 69 milyard dollara çatacağı gözlənilir.Fərid ƏDALƏT
Oxşar xəbərlər
Tarixin ən zəngin 10 insanı - SİYAHI
BAKU.WS tarixin 10 zəngin insanının siyahısını təqdim edir:Mansa Musa (1280-1337, Mali imperiyasının hökmdarı) aglasığmaz sərvətAvqust Sezar (e.ə. 63 - eramızı...