Dünyada Yeni il necə qarşılandı? - VİDEO
2020-ci ili yola salıb, yeni 2021-ci ilə qədəm qoyduq. Kimin üçünsə bu il xoş xatirələr, əlamətdar hadisələrlə yadda qaldı, kimin üçünsə itki və uğursuzluqla.
Köhnə ildən çıxmağa tələsənlər və yeni ili səbirsizliklə gözləyənlər isə son saniyələri saymağa başladılar. Sakit okeanın cənubunda yerləşən Samoa dövləti yeni ili ilk qarşılayan ölkələrdəndir. Paytaxt Apiada Yeni il atəşfəşanlığı keçirilib. Atəşfəşanlıq 10 dəqiqə davam edib.
Tailandda isə maraqlı atəşfəşanlıq təşkil olunub. Banqkok səması “ekoloji cəhətdən təmiz” fişənglərlə işıqlanıb. Təşkilatçıların sözlərinə görə, fişənglər düyüdən hazırlanıb.
Avstraliyanın Sidney şəhərində, pandemiya ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, Liman Körpüsü üzərindəki atəşfəşanlıq ləğv edilməyib. Yeddi dəqiqəlik işıq şousunu yalnız televiziya və internetdə izləmək mümkün olub. İnsanlara toplaşaraq atəşfəşanlığı izləmək qadağan edilib.
Pandemiya dövrünün yaratdığı məhdudiyyətlər Rusiyada da özünü göstərib. Atəşfəşanlıq ləğv edilməsə də, ilk dəfə Yeni il gecəsi paytaxt Moskvada şou-proqramsız, səs-küysüz, şənliksiz keçib. Saat 11-də bağlanan kafe və restoranlar, əyləncəsiz mərkəzi küçə və meydanlar, boş konsert zalları. Bu səbəbdən insanlar yeni ili saatlar öncə qeyd etməyə başlayıb.
ABŞ-ın Nyu-York şəhərindəki məşhur “Times” meydanında Yeni il şənliyi koronavirus pandemiyası səbəbindən məhdudiyyətlərlə qeyd olunub. Bayram tədbirlərinə əvvəlki illərdən fərqli olaraq məhdud sayda insan qatılıb. Nyu-York Polis Departamenti “Times” meydanına icazəsi olmayan şəxslərin girişinə qadağa qoyub. Meydandakı bayram şənliyi yerli televizyalar vasitəsilə canlı yayımlanıb.
Oxşar xəbərlər
Yeni ilə qədəm qoyan ilk ölkələr
Yeni Zelandiya və Fici artıq yeni ilə qədəm qoyub. Bu barədə “Haber Global” məlumat yayır. Koronavirus səbəbilə qeyd etmədə qadağaların mövcudluğu olan 2021-ci...