Dünyada koronavirusa yoluxanların sayı 4,3 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 4,3 milyonu ötdü
Siyasət 46

Dünyada koronavirusa yoluxanların sayı 4 302 712 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, onlardan 1 550 417 nəfər sağalıb, 289 540 nəfər isə virusdan ölüb.

Hazırda xəstəxanada müalicə olunan 46 671 pasiyentin vəziyyəti ağırdır.

Ən çox yoluxma halları ABŞ (1 392 367), İspaniya (269 520) və Rusiyada (232 243) qeydə alınıb.

Türkiyədə 139 771 nəfər yoluxub, 3 841 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı 110 767-dir. Son məlumata görə, bu ölkədə 6 733 nəfər pandemiyanın qurbanı olub.

Son xəbərlər