Dünyada koronavirusa yoluxanların sayı 2,6 milyonu ötdü
Son sutka ərzində dünyada koronavirusa təqribən 100 000 yoluxma halı qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, indiyədək 2 603 987 nəfərə COVID-19 diaqnozu qoyulub.
Dünyada koronavirusdan 712 260 nəfər sağalıb, 181 356 nəfər isə virusdan ölüb.
Ən çox yoluxma halları ABŞ (822 976), İspaniya (208 389) və İtaliyada (187 327) qeydə alınıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 98 674 nəfər yoluxub, 2 376 nəfər ölüb. İranda isə 85 996 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 5 391 nəfər pandemiyanın qurbanı olub.
Qeyd edək ki, aprelin 22-nə olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 1 518-dir. İndiyədək ölkəmizdə 20 nəfər virusun qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
İtaliyada koronavirusdan ölənlərin sayı 25 mini ötdü
İtaliyada son bir gün ərzində daha 437 nəfər koronavirusdan ölüb. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb. Bununla da ölkə...