DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadılıb
19
mar
2026
12:30
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Əli Əsədov Tacikistanın Baş nazirinin müavini ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistan Baş nazirinin müavini Usmonali Usmonzoda ilə görüşüb. BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat...