Döyüş başladı: ermənilər ağır itkilər verir, general-leytenant yaralandı

Ermənistan-Azərbaycan sərhəddində atışma başlayıb.
BAKU.WS-in məlumatına görə, Ermənistan KİV-i iddia edir ki, Tavuş rayonunun Çinari kəndi ətrafında döyüş gedir.
Ermənistan tərəfi snayper və qumbaraatanlardan istifadə edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan sosial şəbəkədə döyüş olduğunu yazıb.
Eyni zamanda, daha bir məlumata görə, Ermənistan silahlı qüvvələri Baş qərargahının rəis müavini, general-leytenant Enriko Hapriamovun avtomobili Azərbaycanla sərhəddəki döyüş mövqelərindən birinə gedərkən qəzaya düşüb.
İlkin məlumata görə, düşmən döyüşlərdə ağır itkilər verib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Aprel döyüşlərində qaçıb gizlənən erməni polk komandiri işdən çıxarıldı
Aprelin əvvəllərində Qarabağda gedən 4 günlük müharibəyə görə erməni ordusunda yenə poqonlar "uçub”. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki,...
