Dövlət başçısı: “Ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək”
08
fev
2018
15:19
“Bundan sonra da ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək”.APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.Dövlət başçısı deyib ki, ölkədə bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır: “Bu, vətəndaş sülhünün əsas şərtidir. Azərbaycan dünyada multikultural ideyaların təbliğində əsas məkan kimi tanınır. Yürüdülən xarici siyasət özünü doğruldub, Azərbaycanın dostlarının sayı artıb.Bir neçə il əvvəl 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan müsəlman aləmində çox böyük dəstək qazanıb. Avropa ölkələri ilə əlaqələr yüksək səviyyəyə qalxıb. Beynəlxalq təşkilatlarla əlaqələr inkişaf edir”.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: “Bizim təşəbbüs etdiyimiz enerji layihələri regionun enerji xəritəsini dəyişib”
"İqtisadiyyatın diversifikasiyası bizim əsas məqsədimizdir. Düşünürəm ki, bu istiqamətdə yaxış uğurlar əldə etmişik".BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan...