İlham Əliyev: “Bizim təşəbbüs etdiyimiz enerji layihələri regionun enerji xəritəsini dəyişib”
23
yan
2018
19:55
"İqtisadiyyatın diversifikasiyası bizim əsas məqsədimizdir. Düşünürəm ki, bu istiqamətdə yaxış uğurlar əldə etmişik".BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib."Neftin qiyməti düşəndə Azərbaycanda elan etdim ki, artıq postneft dövrü başladı, biz neft və qazı unutmalıyıq. Mövcud neft-qaz layihələrini davam etməliyik, lakin əsas gəlir kimi texnologiya, innovasiya, sənaye, sahibkarlıq, kənd təsərrüfatına diqqətə yetirməliyik.Biz bu istiqamətdə ciddi islahatlar həyata keçirdik və yaxşı nəticələr əldə olundu. Ötən il ölkədə qeyri-neft iqtisadiyyatı 3 faiz və qeyri-neft sənayesi 4 faizi artdı. İqtisadiyyatımızın diversifkasiyası prosesi gedir və bizim dayanmaq planımız yoxdur. Hazırda neft qiyməti artır, lakin bu, sadəcə, bizim ehtiyatlarımızı artıracaq", - deyə prezident vurğulayıb.Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz xərclərimizi optimallaşdırır: "Keçən il neftin qiymətinin düşməsinə baxmayaraq, biz əlavə 4.5 milyard dollar qazandıq və ehtiyatlarımızı artırdıq. Neft və qaz iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edəcək. Qeyri-neft sektoru isə bizim ÜDM-in 70 faizini təşkil edir. Bizim hədəfimiz ixrac portfelimizdə qeyri-neft məhsullarının həcmini artırmaq məqsədi ilə ixracı diversifikasiya etməkdir".Prezident əlavə edib ki. enerjin layihələri Azərbaycan və region üçün çox vacibdir. “Bizim təşəbbüs etdiyimiz enerji layihələri regionun enerji xəritəsini dəyişib. Gürcüstanın Supsa limanına kimi çəkdiyimiz Bakı-Supsa boru kəməri Xəzəri və Qara dənizi birləşdirdi. İkinci boru xətti Xəzəri və Aralıq dənizini birləşdirən Bakı-Tbilisi Ceyhan boru xətti oldu. Həmin yolla biz qaz boru xəttini də çəkdik. Buna görə də biz karbohidrogenlərin ixrac yollarını diversifikasiya etmişik və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyini təmin edirik. Azərbaycan Avropa İttifaqının bəzi ölkələri üçün artıq neft təminatçısıdır. Cənubi Qaz Dəhlizi layihəsini bitirdikdən sonra Avropa ölkələri bizim təbii qazımıza da çıxış əldə edəcəklər”, - deyə o vurğulayıb.İlham Əliyev həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi. Bu, hazırda Çindən Avropaya kimi ən qısa yoldur. Əvvəl olduğu kimi 30-35 gün əvəzinə hazırda bu yola iki həftə sərf olunur. Dövlət başçısı qeyd edib ki, Azərbaycan regional nəqliyyat mərkəzinə çevrilir. “Biz bu istiqamətdə hələ də işləyirik. Gələcəkdə neft və qaz olmayacaq, onlar bir gün bitəcək. Gələcək innovasiya, yaxşı idarəçilik, effektivlik, menecment, şəffaflıq və sahibkarlığa dövlət dəstəyidir. Bir neçə il əvvəl əsas məqsədlərimizdən biri yoxsulluq və işsizliyi aradan qaldırmaq idi. Biz bu məqsədi uğurla icra etdik. Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,4 faizə düşüb, işsizlik 5 faizdir. Son 15 ildə əhalimiz 1,5 milyon artıb. Ötən il 177 yeni daimi iş yeri açılıb. Bu bizim siyasətimizi nümayiş etdirir”, - deyə o vurğulayıb.Prezident qeyd edib ki, neft və qaz çox iş yeri yaratmır: “Buna görə də həmişə təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahəsinə baxmalıyıq. Biz islahatlar keçirdik və bu islahatlar əhali tərəfindən müsbət qəbul olunub. Onlar ağrılı islahatlar olmadı. Çünki bəzən radikal islahatlar edəndə, ilk mərhələ ağrılı olur. Bizim dövlət dəstəyinə ehtiyacı olanlar üçün sosial paketimiz var. Başladığımız dərin və hərtərəfli iqtisadi islahatlar siyasətini davam etdirəcəyik”. İ. Əliyev bildirib ki, Azərbaycanda sahibkarlığı dəstəkləmək üçün xüsusi fond mövcuddur. Onun sözlərinə görə, bu fond vasitəsilə son 10 ildə özəl sektora 2 milyard dollar güzəştli kredit verilib: “Azərbaycanda xüsusilə regional inkişafa xüsusi diqqət ayırmışıq. Hazırda regional inkişafla bağlı üçüncü proqram həyata keçiririk. Bu proqramın əsas şərtlərindən birincisi infrastrukturdur. Son 15 ildə kənd yolları da daxil olmaqla, 12 min kilometrdən çox yol çəkmişik”.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: "Azərbaycanda daxili təhdidlər və risklər yoxdur"
"Azərbaycanda daxili təhdidlər və risklər yoxdur. Bununla belə, Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir”. BAKU.WS-in məlumatına görə, bu sö...