İlham Əliyev: “Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmaq imkanlarını istisna etmək olmaz”
"Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə daxil olmaq imkanlarını istisna etmək olmaz. Bu mövzuda söhbətlər həm ekspertlər arasında, həm də müxtəlif ölkələrin elitaları arasında çoxdan gedir. Belə deyim: prinsipcə, biz hazırda olduğumuz keyfiyyətdə özümüzü kifayət qədər inamlı hiss edirik. Ona görə də, biz hələ baxmalıyıq ki, hansı tendensiyalar müşahidə olunacaq. Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora çoxları can atacaq. Yəni, heç nəyi istisna etmək olmaz, lakin hazırkı mərhələni məni bu cür xarakterizə edərdim”.
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "Sputnik” agentliyinə müsahibəsində deyib. Dövlət başçısı Azərbaycanın Avrasiya məkanındakı prosesləri maraqla izlədiyini qeyd edərək o proseslərlə bağlı mürəkkəbliklər və müəyyən iradlar olduğunu da vurğulayıb: "Bu gün bizim Avrasiya İqtisadi Birliyinin üzvləri ilə iqtisadi əməkdaşlıq formatımız, eləcə də siyasi əməkdaşlığımız, kifayət qədər möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün əlbəttə, motivasiya lazımdır. Bu, iqtisadi, sosial, siyasi və istənilən digər istiqamət üzrə ola bilər. Hazırda biz bu istiqamətdə çalışırıq”.
Prezident rəsmi Bakının öz indiki vəziyyətindən məmnun olduğunu diqqətə çatdırıb: "Son 13 ildə biz Ümumi Daxili Məhsulun həcmini 3 dəfə artıra, yoxsulluğun səviyyəsini 2003-cü ildəki 49 faiz səviyyəsindən bu il 5 faiz səviyyəsinə endirməyə nail ola bilmişik. Artıq yoxsulluq sosial bir problem kimi yoxdur. İşsizlik də onun kimi 5 faizdir. Bizim böyük valyuta ehtiyatlarımız var, hətta neftin qiymətinin aşağı düşdüyü bu ildə də Neft Fondunun ehtiyatları artır, ona görə ki, biz qənaətlə xərcləyirik və qeyri-neft sektorundan gəlir əldə edirik. Ona görə də, bizi həm iqtisadi, həm də siyasi vəziyyətimiz qane edir”.
BAKU.WS
Oxşar xəbərlər
Aprel döyüşləri Putinin qərarını dəyişdi
"Azərbaycanın Avrasiya İttifaqına daxil olması barədə müzakirələr qeyri-müəyyən müddətə qədər təxirə salınıb”. ANS PRESS-in məlumatına görə, bu sözləri Avrasiya...