Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna dəyişiklik edilib

Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna dəyişiklik edilib
Siyasət 531

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

BAKU.WS xəbər verir ki, sənəddə deyilir:

1. “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 62) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qanunla təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında Əsasnamə”nin 8-ci hissəsindən “və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali komandanlığına” sözləri çıxarılsın;

1.2. həmin Qanunla təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqlarının Təsviri”nin 4-cü hissəsi ləğv edilsin;

1.3. “Şəkil 4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanının bayrağı” ləğv edilsin.

2. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 515; 2005, № 10, maddə 874; 2010, № 4, maddə 276; 2013, № 11, maddə 1303; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1674-VQD nömrəli Qanunu) 8.2-ci maddəsinə “digər dövlətlərin” sözlərindən əvvəl “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı,” sözləri əlavə edilsin.

Oxşar xəbərlər

Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezident...

614 Siyasət 16:41 09 dekabr 2019

Son xəbərlər