Dövlət başçısı: Çin iqtisadiyyatı Azərbaycan üçün mühüm amildir

Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
O, Çin iqtisadiyyatının çox sabit olduğunu vurğulayıb:
"Mən yeni planlar haqqında dərindən məlumatlı deyiləm, lakin bizim müşahidə etdiklərimizə əsasən, Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq. Lakin bu, asan deyil. Çünki iqtisadiyyatınız ildən-ilə artdıqca, müəyyən bir təməl həcmə nail olunur və ondan sonra iqtisadiyyatın artırılmasına davam etmək o qədər də asan olmur".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib. BAKU.WS xəbər verir ki, Marta Kos Erməni...
