Azərbaycan 300-ə qədər şirkətin rəqəmsal transformasiyasını dəstəkləyəcək
Azərbaycan 2030-cu ilə qədər 300-ə qədər şirkətin rəqəmsal transformasiyasını dəstəkləyəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
"Bizim üçün süni intellekt ayrıca bir sektor deyil, istehsalat, logistika, aqrobiznes, turizm və ixrac xidmətlərində məhsuldarlığı artıran üfüqi bir platformadır. Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyasına əsasən, məqsədimiz güzəştli kreditlər və digər dəstək tədbirləri vasitəsilə "Sənaye 4.0" texnologiyalarının tətbiq ilə 2030-cu ilə qədər 300-ə qədər şirkətin rəqəmsal transformasiyasını dəstəkləməkdir. Bu miqyasda bağlantı aydın investisiya modeli tələb edir. Dövlət sektoru əlverişli şərait yaradır, infrastruktur ilkin tələbatı təmin etməklə riskləri azaldır, özəl kapital isə uğurlu layihələrin genişləndirilməsini təmin edir. Azərbaycan bu tələbat üçün sabit bünövrə təklif edir",- deyə o qeyd edib.
Oxşar xəbərlər
Elnur Soltanov: "Azərbaycan və Almaniya enerji əməkdaşlığı üçün yeni çərçivə yaratmalıdır"
Azərbaycan və Almaniya arasında enerji əməkdaşlığı üçün yeni çərçivənin yaradılmasının vaxtı yetişib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu energetik...