“Donuz qripi” Gürcüstanda can almağa davam edir
08
fev
2019
21:15
Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb.BAKU.WS “Report”a istinadən xəbər verir ki, yüksək risk qrupuna daxil olan həmin şəxs xəstəxanada müalicə alıb.Pasiyentdə xroniki xəstəliklər qeydə alınıb. Onun “donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub. Ölüm faktlarının 8-i Acarıstan MR-in payına düşür. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda "donuz qripi"ndən öldüyü deyilən 16 nəfərlə bağlı RƏSMİ AÇIQLAMA
"Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər"."Report" xəbər verir ki, bunu...