DİN-in general-mayoru təqaüdə göndərildi
17
yan
2022
17:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Belə ki, S.Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.
DİN-in Mətbuat Xidməti məlumatı oxu.az-a təsdiqləyib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...