Diplomatik korpusların rəsmiləri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edirlər

Diplomatik korpusların rəsmiləri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edirlər
Foto
Siyasət 52

ABŞ-nin Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanları ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, bu barədə səfirliyin "X" hesabındakı paylaşımda qeyd olunub.

"Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - deyə müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.

*** 09:50

İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

BAKU.WS xəbər verir ki, bu barədə Dik sosial şəbəkədəki səhifəsində paylaşım edib.

"Bu gün biz 1992-ci il Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. İsrail adından Azərbaycan xalqına başsağlığı verirəm", - diplomat qeyd edib.

Səfir belə cinayətlər qarşısında İsrail və Azərbaycanın birliyini vurğulayıb: "Bu cür faciələr bizə nifrətə və ədalətsizliyə qarşı birləşərək ümumi insanlığımızı müdafiə etmək borcumuzu xatırladır".

*** 09:38

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə paylaşım edib.

BAKU.WS xəbər verir ki, paylaşımda deyilir:

"Xocalı faciəsindən 33 il ötür. Bütün azərbaycanlılarla birgə bu faciənin qurbanlarını yad edirəm. Allah Rəhmət eləsin".

*** 09:31

Pakistanın Bakıdakı səfiri Qasım Mohiuddin Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəy olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, müvafiq paylaşım diplomatın "X" sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.

"Pakistan Azərbaycanla həmrəydir və Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün erməni silahlı qüvvələri tərəfindən keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 33-cü ildönümüdür. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Son xəbərlər