DİN-dən vacib müraciət

2025-ci ilin ilk 6 ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniştərkibli kollegiya iclasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri və antinarkotik təbliğatı da xüsusi diqqət mərkəzində olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, cəmiyyətin narkotiklərlə mübarizədə polislə həmrəyliyinə toxunan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu sahədə profilaktik və maarifləndirici tədbirlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, bütün şəxsi heyətə antinarkotik təbliğatın daha da genişləndirilməsi, gənclərin zərərli vərdişlərdən qorunması və ictimai yanaşmanın formalaşdırılması istiqamətində konkret tapşırıqlar və tövsiyələr verib.
Qeyd olunub ki, narkotiklərlə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda ictimaiyyətin də birgə səylərini tələb edən mühüm bir məsələdir. Bu kontekstdə vətəndaş cəmiyyəti institutlarının, media nümayəndələrinin və ictimai fəalların bu sahədəki dəstəyi xüsusi önəm daşıyır.
Nazir eyni zamanda narkotiklərlə mübarizəyə dair təşəbbüslərdə aktiv iştirak edən jurnalistlərə, ictimaiyyət nümayəndələrinə və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə təşəkkürünü ifadə edib.
Kollegiya iclasında da diqqətə çatdırılıb ki, aidiyyəti qurumlarla birgə reabilitasiya mərkəzlərinin fəaliyyəti dəstəklənməli, süni maneələr yaradılmamalı, narkotik asılılığından əziyyət çəkən şəxslərin yenidən cəmiyyətə inteqrasiyası istiqamətində səmərəli addımlar atılmalıdır.
Oxşar xəbərlər
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu hesab edir. BAKU.WS "Report"a istinad...