Di Kaprio dələduzluq işi üzrə dindirildi

Di Kaprio dələduzluq işi üzrə dindirildi
Siyasət 50

Hollivud ulduzu, aktyor Leonardo Di Kaprio axtarışda olan malayziyalı iş adamı Coy Loun dələduzluq işi üzrə dindirilib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Bildirlir ki, aktyor iş adamı ilə bir sıra layihələrdə əməkdaşlıq edib.

Di Kaprio Lou ilə tanış olduğunu və hətta onunla işgüzar əlaqələrinin olduğunu təsdiqləyib.

Lakin aktyorun sözlərinə görə, o, biznes tərəfdaşının dələduzluq hərəkətləri barədə məlumatlı olmayıb.

Nəşr bildirib ki, hazırda Lou axtarışdadır. Uzun müddətdir gizlənən iş adamının Çində yaşadığı güman edilir.

Qeyd edək ki, malayziyalı iş adamı Coy Lou bir neçə milyard dollar çirkli pulun yuyulmasında ittiham olunub.

Son xəbərlər