Deputatlarımız Xətaiyə görə söz savaşına çıxdılar

Deputatlarımız Xətaiyə görə söz savaşına çıxdılar
Siyasət 1627
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın dövlət xadimi Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqal səngimək bilmir.BAKU.WS xəbər verir ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a həmkarının fikirləri ilə bağlı mövqeyini açıqlayıb. Sərt danışan deputat bir neçə il öncə Fazil Mustafaya bu barədə çox cavab verdiyini söyləyib:“Tarixi faktlarla əsaslandırmışam ki, Şah İsmayıl Xətainin üzərinə bu şəkildə getmək Azərbaycan tarixini, özü də şərəfli tarixini təhqir etmək deməkdir. Belə mövqe Fazil bəy tərəfindən doğru deyil. O, təbii ki, ziyalıdır, yüksək intellekti var, məlumatlıdır. Amma tarixçi deyil. Onda tarixi təfəkkür yoxdur. Şah İsmayıl Xətaini Bütöv Azərbaycanın banisi kimi dəyərləndirmək və ona hörmət etmək lazımdır. Məncə, Fazil Mustafanın Xətaiyə münasibəti təriqətçilikdən irəli gəlir", - deyə Fəzail Ağamalı bildirib. "Bəlli olduğu kimi, Fazil bəy bildiyim qədəri ilə kökü şiə olmasına baxmayaraq, Türkiyəyə gedib-gəldikdən sonra sünniliyi qəbul edib. Görünən odur ki, təriqətdən irəli gələn təriqət təəssübkeşliyidir ki, Fazil bəy hər zaman Şah İsmayıl Xətainin üzərinə gedir. Xətai Bütöv Azərbaycan dövlətinin banisidir. Müəyyən zamanda o, hakimiyyətdə olduğu illərdə Azərbaycan dilini dövlət dili elan edib. Diplomatik yazışmalarda rəsmi dil kimi dilimizdən istifadə olunub. Bu həmin dövr üçün çox ciddi bir hadisə kimi dəyərləndirilməlidir. Onunla bağlı Oqtay Əfəndiyevin, dəyərli həmkarımız, akademik Yaqub Mahmudovun ciddi araşdırmaları var. Bunu oxumaq lazımdır. Fazil bəy əgər tarixi öyrənmək istəyirsə, həmin tədqiqatlara müraciət edib, faktları öyrənə bilər. Bu, siyasət, konyunktura deyil, tarixdir. Faktiki olaraq Fazil Mustafa Şah İsmayılın üzərinə getməklə, Azərbaycan tarixinə böhtan atmaqla kifayətlənmir, onu təhqir edir. Bu yaramaz. Dəfələrlə ona demişəm ki, dayan, etmə".Deputat davamında qeyd edib ki, Fazil Mustafa Xətainin Azərbaycan tarixinə, xalqına vermiş olduğu töhfələrin milyonda birini həyatı boyu verə bilməz: “Çox təəssüf edirəm ki, Niyaməddin Orduxanlı da ona qoşulub. Moskvadakı soydaşımızı tanımıram. Onun da yazısını oxudum. O, Şah İsmayıl Xətai haqqında xoş fikirlər söyləyirsə, nəyə görə onu İranla bağlamaq lazımdır? İranın bura nə dəxli var? Bu, Azərbaycanın tarixidir. Ölkəmizin ərazisinin böyük hissəsi İranın tərkibindədirsə, burada Xətainin nə günahı var ki? Nə üçün onu və yaratdığı dövləti İrana bağlamaq lazımdır? İrandakı etnosların da tərkibində olduğu böyük dövləti yaradan Şah İsmayıldan sonra Nadir Şah bu dövlətin sərhədlərini genişləndirdi. XX əsrin 20-ci illərinin əvvəllərinə qədər həmin İran ərazisində dövləti idarə edən türklər olublar. Sonradan böyük güclər türk dövlətlərinin bağlılığını qırmaq üçün İran dövlətini yaratdılar. Hazırda orada soydaşlarımızın hər addımbaşı hüquqları pozulmaqdadır. Bu dövlətlə Şah İsmayılı eyniləşdirməyin özü nadanlıqdır, savadsızlıqdır, tarixdən bixəbər olmaqdan irəli gəlir. Gedin tarixi öyrənin, lütfən”.Fəzail Ağamalının tənqidi fikirlərinə rekasiya verən həmkarı Fazil Mustafa isə “Facebook” səhifəsində bunları yazıb: “Dünyada tarix haqqında ən dəyərli əsərlər yaratmış Hegel, Renan, Mommzen, Droyzen, Kollinqvud, Blok, Karr, Zəki Vəlidi Toğan, Cahun ixtisasca tarixçi olmayıblar, demək ki, onların heç birndə tarixi təfəkkür də olmayıb”.Orxan Hüseyn

Son xəbərlər