Deputat İlfat İmanqulovun oğlu saatda 200 km sürətlə qəzaya düşdü, ər-arvadı öldürdü

Deputat İlfat İmanqulovun oğlu saatda 200 km sürətlə qəzaya düşdü, ər-arvadı öldürdü
Siyasət 9717
Rusiyanın Çelyabinsk vilayətində Kunaşaksk rayonundan seçilən deputat İlfat İmanqulovun oğlu iki nəfəri avtomobili ilə vuraraq öldürüb.BAKU.WS ura.ru-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.Deputatın oğlu Ruslan İmanqulov avtomobili yüksək sürətlə - saatda 200 km sürətlə idarə edirmiş. Anidən qarşısına çıxan iti vurmamaq üçün maşını döndərib və idarəetməni itirərək piyada keçidindəki qadınla kişini vurub. Hər iki şəxs hadisə yerindəcə ölüb. Ölənlərin ər-arvad olduğu bildirilir. O, rayon rəhbərinin keçmiş sürücüsü olub. Aprel ayında işdən çıxıb.Zülfiyyə Qurbanova

Son xəbərlər