Demet Akalın azərbaycanlı FHN-çilərin fotosunu paylaşıb, təşəkkür etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli müğənni Demet Akalın Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında həmyerlilərimizin fotosunu paylaşaraq, “Azərbaycan ikinci çevik xilasetmə qüvvələrini Türkiyəyə göndərdi. Mənim qınalı quzularım canım Bakı, təşəkkürlər”, - sözlərini yazıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri artıq qardaş ölkədədirlər.
Oxşar xəbərlər
FHN-in xilasediciləri zəlzələ qurbanlarını dağıntılardan çıxarır - VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkə...