Demet Akalın 4 evini zəlzələdən zərərçəkənlərə verəcək
14
fev
2023
11:36
Türkiyəli müğənni Demet Akalın xeyirxah addımı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, ifaçı Mərmərə dənizinin sahilindəki Pendik bölgəsində yerləşən 4 mənzilini bir il müddətinə zəlzələ nəticəsində evsiz qalan vətəndaşlara verəcək.
Demet bu haqda sosial şəbəkə hesabında bildirib:
"Zərərçəkənlər 1 illik Pendikdəki 4 evdə yaşayacaqlar, amma əşyası yoxdur. Yeni əşyalar almaq istəyənlər mənimlə əlaqə yaratsın".
Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində 31 mindən çox insan həyatını itirib.
Oxşar xəbərlər
Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB - 2
Türkiyədə daha bir zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələ Sivasın Gürün bölgəsində 4.1 bal gücündə qeyd...