DÇ-2022: Mərakeşli azarkeşlər Parisdə iğtişaşlar törədib - VİDEO

DÇ-2022: Mərakeşli azarkeşlər Parisdə iğtişaşlar törədib - VİDEO
Video
Siyasət 167

Mərakeş millisinin azarkeşləri Qətərdəki dünya çempionatının 1/4 final mərhələsində Portuqaliya üzərində qələbədən sonra Fransanın paytaxtı Parisdə iğtişaşlar törədib.

Yelisey meydanına toplaşan afrikalı fanatlar yığmalarının yarımfinala yüksəlməsini çılğınlıqla qeyd ediblər. Nəticədə polislərlə tərəfdarlar arasında qarşıdurma baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Sosial şəbəkələrdə yayılmış videolarda polislərin azarkeşlərə qarşı fiziki güc tətbiq etdiyi, onları dəyənəklərlə vurduqları açıq-aşkar görünür.

Qeyd edək ki, 1/4 finalda Portuqaliyanı 1:0 hesabı ilə məğlub edən Mərakeş yığması yarımfinalda Fransa ilə qarşılaşacaq. Görüş dekabrın 14-də baş tutacaq.//"Report"

Oxşar xəbərlər

İranda nə baş verir? - Etirazlar şiddətlənir - VİDEO

İranda nə baş verir? - Etirazlar şiddətlənir - VİDEO

Son günlər İranda iğtişaşlar səngimir. BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, hadisələrə ilkin səbəb 22 yaşlı Məhsa Əmininin məcburi çadra qaydaların...

1151 Siyasət 11:40 21 sentyabr 2022

Son xəbərlər