İraqda parlament binasına basqın oldu – VİDEO

İraqda parlament binasına basqın oldu – VİDEO
Video
Siyasət 82

İraqın paytaxtı Bağdadda Müqtəda Sədrin tərəfdarlarından ibarət bir qrup etirazçı beton baryerləri aşaraq parlament binasına basqın edib.

Onlar Koordinasiya Qrupu tərəfindən Məhəmməd Şiyə əs-Sudaninin baş nazir postuna namizədliyinin irəli sürülməsinə qarşı çıxıblar.

Nümayişçilər əvvəlcə Təhrir meydanına toplaşıb, oradan isə parlamentə yürüş ediblər.

Respublika körpüsündən irəliləyərək dövlət idarələrinin və xarici nümayəndəliklərin yerləşdiyi Yaşıl Zonaya daxil olublar.

Kütləni dağıtmaq üçün təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıb.

Son xəbərlər