İraqda nümayişçilər konsulluq binasını yandırdı
28
noy
2019
11:12
İraqın Nəcəf kəndində nümayişçilər İran Baş Konsulluğunu yandırıblar.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şəhərdə baş verən çaxnaşmalar səbəbindən komendat saatı elan edilib.
Bundan başqa, paytaxt Bağdadda, Musənna, Qadisiyyə və Zikar vilayətlərində də kütləvi nümayişlər olub. Polislərlə toqquşmalarda onlarla insan yaralanıb.
Qeyd edək ki, 1 oktyabrdan bu günə qədər İraqda hökumət əleyhinə baş verən aksiyalarda 300-dən çox insan ölüb, 15 mindən çoxu isə xəsarət alıb.
Qalereya
Oxşar xəbərlər
İraqda nümayişçilər qubernatorluq binasını yandırıblar - VİDEO
İraqda hökumət əleyhinə nümayişlər ölkə daxilində ciddi fəsadlar törətməyə başlayıb. BAKU.WS xəbər verir ki, ölkənin Zikar şəhərində qubernatorluq binası qarşıs...