Daha bir icra başçısı müavinini vəzifədən azad etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.
Qeyd edək ki, E.Əhmədov 1956-cı il oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2011-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, daha əvvəl paytaxtın Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev vəzifəsindən azad olunub.
Oxşar xəbərlər
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
Bu gün Şuşaya gedən və Azərbaycan xalqının tarixi Qələbəsinin rəmzlərindən birinə çevrilən Zəfər yolunun istifadəyə verilməsindən 5 il ötür. BAKU.WS xəbər verir...