Dağıdılan şeytan yuvasının yerində nə tikilir? – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vaqif poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə şairin doğma şəhərində yenidən təşkil edilib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tədbirin açılış mərasimində iştirak ediblər. Dövlət başçısı Şuşanın bərpası ilə bağlı yeddi ay ərzində görülən quruculuq işlərini yüksək qiymətləndirib.
Həyata keçirilən tədbirlər sırasında ən önəmlisi yeni yaşayış kompleksinin təməlinin qoyulmasıdır.
Qeyd edək ki, birinci mərhələdə 3-4 mərtəbəli yaşayış binasının inşası nəzərdə tutulur.
Düşmənə gözdağı verən yeni beşulduzlu hotel isə 150 otaqdan ibarət olacaq.
Prezident İlham Əliyev bildirib ki, yeni beşulduzlu hotel dırnaqarası “Dağlı Qarabağ respublikasının” qondarma parlamentinin binasının tikildiyi yerdə tikilir.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib - TAM MƏTN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman imzalayıb. BAKU.WS qoruğun...