İcra başçısının müavini təyin edilən gənc qız kimdir? - FOTO

İcra başçısının müavini təyin edilən gənc qız kimdir? - FOTO
Siyasət 39287
 

Sabunçu rayon icra başçısına yeni müavin təyin olunub.

BAKU.WS-in "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, yeni müavin Fərəcova Rəna Möhübbət qızıdır. O, 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriatura, 2013-cü ildə isə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

2014-cü ildən isə Azərbaycan Dillər Universitetinin German dilləri ixtisası üzrə dissertantıdır.

2012-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi və leksikası kafedrasında müəllim vəzifəsində pedaqoji fəaliyyətə başlayıb. 2016-cı ilin sentyabr ayında Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin olunub.

2016-cı ilin noyabr ayında Azərbaycan Dillər Universitetinin Tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzində direktor vəzifəsinə təyin olunub.

28.07.2017-ci il tarixində isə Bakı şəhəri, Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Humanitar və ictimai-siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

BAKU.WS 

Oxşar xəbərlər

İcra başçısına yeni qadın müavin təyin olundu - FOTO

İcra başçısına yeni qadın müavin təyin olundu - FOTO

Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə yeni təyinat olub. BAKU.WS Report-a istinadən xəbər verir ki, bu vəzifəyə Rəna...

2534 Sosial 10:17 10 avqust 2017

Son xəbərlər